Müge Anlının ərinin vəzifəsini dəyişdilər — FOTO
Bu gün, 10:34

İstanbul Emniyyətində kadr dəyişikliyi baş verib. Vali Davut Gülün imzaladığı yeni sərəncamla paytaxtın polis sistemində mühüm təyinatlar reallaşıb.
Dəyişikliklər arasında ən çox diqqət çəkən məqamlardan biri tanınmış teleaparıcı Müge Anlının həyat yoldaşı ilə bağlıdır. Sarıyer rayonunun polis rəisi vəzifəsində çalışan Şinasi
Yüzbaşıoğlu bundan sonra fəaliyyətini Eyüpsultan rayon Emniyyət Müdiri kimi davam etdirəcək. Qeyd edək ki, Yüzbaşıoğlu təxminən bir il əvvəl Beşiktaşdan Sarıyerə gətirilmişdi.
Yalnız rayon səviyyəsində deyil, idarənin rəhbər heyətində də ciddi yerdəyişmələr var. Serkan Gömce və Hasan Demirbağ İstanbul İl Emniyyət müdirinin müavinləri təyin olunublar. Eyni zamanda Qaçaqmalçılıq, Maliyyə cinayətləri və Asayiş şöbələri kimi strateji bölmələrə yeni rəhbərlər gətirilib.

Bağcılar, Kadıköy, Beşiktaş və Kiçikçəkməcə kimi böyük rayonların da polis rəisləri dəyişib. Bu genişmiqyaslı rotasiya şəhərin təhlükəsizlik strukturunda yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

