Bakıya uçan təyyarələrdə sərnişin yerinə karqo yüklərinin daşınması Naxçıvan hava limanında yenidən sıxlıq yaradıb.

Bu gün, 12:14           
Bakıya uçan təyyarələrdə sərnişin yerinə karqo yüklərinin daşınması Naxçıvan hava limanında yenidən sıxlıq yaradıb.
Bakıya uçan təyyarələrdə sərnişin yerinə karqo yüklərinin daşınması Naxçıvan hava limanında yenidən sıxlıq yaradıb. İddialara görə, bu vəziyyət biletlərin əlaltından baha qiymətə satılmasına da şərait yaradır. Bakıya qayıtmaq istəyən sərnişinlər günlərlə hava limanında ac-susuz qaldıqlarını bildirirlər. Onların sözlərinə görə, xüsusilə uşaqlı ailələr ağır vəziyyətlə üzləşir.
Naxçıvan hava limanındakı mənbənin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, bəzi təyyarələr oturacaqların bir hissəsi boş olsa belə havaya qalxır. Mənbə iddia edir ki, buna səbəb karqo yüklərinin həddindən artıq ağır olmasıdır. Bildirilir ki, aviaşirkət sərnişin daşınması ilə müqayisədə karqodan daha çox gəlir əldə etdiyi üçün yük daşınmasına üstünlük verir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru