Avtomobil sığortası ilə bağlı YENİ QAYDALAR – VİDEO

Bu gün, 12:27           
Avtomobil sığortası ilə bağlı YENİ QAYDALAR – VİDEO
Avtomobil qəzasına görə sığorta məsuliyyəti maşının sahibinə deyil, sükan arxasında olan şəxsə şamil olunacaq.

Yeni qaydalarla bağlı danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, yeniliklərin əsas fərqi zərərlilik dərəcəsinin hesablanma mexanizmindədir.

Xəzər TV xəbər verir ki, onun sözlərinə görə, əvvəlki qaydalara əsasən, sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi. Artıq bu tarixçə fərqli hesablanacaq.

Qaydalara görə, hadisə törədən sürücü növbəti ildə təxminən 30 faiz daha artıq sığorta haqqı ödəyəcək.

İkinci dəyişiklik isə bir avtomobil üzrə bir neçə etibarnaməli sürücünün olması ilə bağlıdır. Hazırda vətəndaşlar avtomobil üzrə ən yüksək bonus-endirimə malik şəxsin adına sığorta müqaviləsi bağlamağa üstünlük verirlər.

Qeyd edək ki, avtomobillərin icbari sığortası ilə bağlı yeni qaydalar iyunun 16-dan qüvvəyə minəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru