Ermənilərin kürkünə birə düşüb: Lukaşenko KTMT-ni dağıdır

16-04-2016, 00:19           
Ermənilərin kürkünə birə düşüb: Lukaşenko KTMT-ni dağıdır
Belarus tərəfindən qəbul edilmiş hərbi doktrina Ermənistanda narahatlığa səbəb olub.


Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan söyləyib. Onun sözlərinə görə, Belarusun yeni hərbi doktrinası təkcə Ermənistan yox, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üçün problemdir.


Qeyd edək ki, Belarusun bir müddət öncə qəbul etdiyi yeni hərbi doktrinaya əsasən, Belarus ordusuna öz sərhədlərindən kənarda hərbi əməliyyat aparması qadağan edilir. Bununla da rəsmi Minsk de-fakto KTMT çərçivəsində Ermənistanın və digər müttəfiq dövlətlərin müdafiəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikdən imtina etmiş olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru