Saakaşvilinin efirdən qalmaqallı çıxışı VİDEO

16-04-2016, 21:16           

Odessa vilayətinin qubernatoru, eks-prezident Mixail Saakaşvili Ukrayna Prezidenti Pyotr Poroşenkonun yaxın dostu Yevgeni Çervonenkonun cinayət yolu ilə milyardlar əldə etdiyini canlı yayımda onun üzünə deyib.

Axar.az xəbər verir ki, Saakaşvili ukraynalı biznesmenə cinayətlə əldə etdiyi bahalı yaxta, maşın və özəl təyyarələrinə görə bir gün mütləq həbs olunacağını, Ukraynada qanunsuzluğun bir gün başa çatacağını bildirib.

Milyarderin qarşılıq verməsi isə Saakaşvilini daha da əsəbiləşdirib:

“Mən Ukraynanın Təhlükəsizlik Xidmətinin yerinə olsaydım, sizi dərhal həbs edərdim. Sizin yeriniz türmədir”.

Sözügedən videonu təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=zq7tuOfntpw]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru