Qarabağa erməni qadın snayperlər gətirildi — FOTO

26-04-2016, 17:21           

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər rayonlarına qadın snayperləri yollamağa başlayıb.

Ölkə.Az Milli.Az-a istinadən bildirir ki, Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında xüsusi hazırlıq keçmiş bu qadın snayperlər Ağdərə, Füzuli, Cəbrayıl və Hadrut rayonlarındakı postlarda yerləşdirilirlər.

Ayın əvvəlindən bəri Dağlıq Qarabağa Ermənistandan 19 qadın snayperin göndərildiyi iddia olunur.

Onların əksəriyyəti Britaniyanın “Accuracy International” şirkətinin istehsalı olan “L96A1 Tross / Arctic Warfare” snayper tüfəngi ilə təmin olunub.
Qarabağa erməni qadın snayperlər gətirildi —  FOTO
Bununla yanaşı, erməni qadın snayperlərin yerdə qalan qismində Rusiya istehsalı olan OSV-96, V-94, SVD və SV-98 snayper tüfəngləri də var.

Erməni qadın snayperlərin xidmət etdikləri hərbi hissələrə gəldikdə isə, onlar Ermənistanın Karçaxpyur şəhərindəki 555-ci motoatıcı alayın, Nubaraşendəki 545-ci motoatıcı alay və İcevandakı 246-cı motoatıcı alayın hərbi qulluqçularıdır.

Qarabağa bu yaxınlarda Ermənistanın Sisyan şəhərindəki 2-ci motoatıcı briqadadan da bir neçə qadın snayperin göndəriləcəyi iddia olunur.

Ekspertlərin fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasındakı cəbhə xəttində Azərbaycan ordusunun erməni təxribatlarına cavab atəşləri nəticəsində ağır zərbələr alan ermənilər”snayper savaşı”nı yenidən bərpa etmək, bu minvalla mövqelərinin “təhlükəsizliyi”ni təmin etmək istəyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru