İran-İraq sərhədində silahlı qarşıdurma - 10 İran əsgəri öldürüldü, 20-si yaralıdır

6-05-2016, 02:03           
İran-İraq sərhədində silahlı qarşıdurma - 10 İran əsgəri öldürüldü, 20-si yaralıdır
İran-İraq sərhədində kürd qüvvələri ilə İran İnqilab Keşikçiləri qvardiyası arasında silahlı qarşıdurma yaşanıb.

Avropa.info xəbər verir ki, bu haqda Kürdüstan Demokratik Partiyasının İran üzrə səlahiyətlisi Məhəmməd Saleh Türkiyənin Anadolu agentliyinə danışıb.

Salehin dediyinə görə, İran-İraq sərhədində Qərbi Azərbaycanın Serdeşt bölgəsində baş vermiş qarşıdurma nəticəsində 10 İran əsgəri öldürülüb, 20 nəfər yaralanıb.

"İran-İraq sərhədinə yaxın Serdeşt bölgəsində ötən gün kürd qüvvələri və İran qoşunları arasında gərgin qarşıdurmalar baş verib.. Bundan sonra kürd qüvvələri İran əsgərlərinin keçdiyi marşurutda pusqu qurub. Nəticədə 10 İran əsgəri öldürülüb, 20 nəfəri yaralanıb. Öldürülən əsgərlərdən 8-nin kimlik bilgiləri əlimizdədir. Ölənlər arasında yüksək rütbəli bir zabit də var" deyə Saleh bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru