Kadırov ötən il 5 milyon qazanıb, amma maşını yoxdur

14-05-2016, 13:31           
Kadırov ötən il 5 milyon qazanıb, amma maşını yoxdur
Çeçenistan Respublikasının prezidenti səlahiyyətlərini yerinə yetirən Ramzan Kadırov 2015-ci ildə 5,01 milyon rubl (115,751 AZN) qazanıb.

AzVision.az xəbər verir ki, bu barədə regionunun administrasiya rəhbərinin saytında məmurlar və onların ailə üzvlərinin gəlirləri haqqında yerləşdirilən statistik məlumatda qeyd olunub.

Sənədə əsasən Kadırovun 3,6 min kvadrat metr torpaq və 2,3 kvadrat metr yaşayış sahəsi var. Onun ailəsi hazırda 300 kvadrat metr olan evdə yaşayır.

Gəlir bəyannaməsinə əsasən Kadırov və onun ailə üzvlərinin nəqliyyat vasitələri yoxdur.

Kadırovun həyat yoldaşı Mədinə Kadırova isə ötən il 2,83 milyon rubl (65,384 AZN) gəlir əldə edib. Prezidentin xanımının 209,8 kvadratmetr ölçüsündə evi var.

Qeyd edək ki, Çeçenistan rəhbəri 2014-cü ildə 4,84 milyon rubl (111,823 AZN) gəlir əldə etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru