Rusiya Hələbə qadağan olunmuş fosfor bombası yağdırdı

21-06-2016, 21:26           

Rusiya Hərbi Hava Qüvvələri Suriyanın Hələb şəhərinin şimalındakı yaşayış məntəqələrini fosfor bombaları ilə vurub.

teref.az türkiyə KİV-lərinə istinadən xəbər verir ki, rus qırıcıları müxalif qüvvələrin nəzarətində olan Anadan, Hreytan, Keft Hamra, Maraat Artik, Babis və Yakid yaşayış məntəqələrini hədəfə alıb.

Bombardmanlar zamanı ölən və yaralananlarla bağlı məlumat verilməyib.

Hələbdə müxalif qüvvələrin əlində olan əraziləri bombalayan rus təyyarələri şəhərdəki məktəb, xəstəxana, mülki müdafiə mərkəzləri və bazar yerlərini də hədəfə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru