"O OLMASIN, BU OLSUN" filmindəki dava səhnəsi.

Bu gün, 00:01           
"O OLMASIN, BU OLSUN" filmindəki dava səhnəsi.
Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmış, 1956-cı ildə rejissor Hüseyn Seyidzadə tərəfindən çəkilmiş "O olmasın, bu olsun" filmində hadisələr 1910-cu ilin Bakısında baş verir.
50 yaşında olan baqqal Məşədi İbad kazinolarada böyük pullar uduzmuş və müflis olmuş Rüstəm bəyin qızı Gülnazı almaq istəyir. Bunun üçün Rüstəm bəyə 2000 manat ödəyir.
Rüstəm bəy 15 yaşlı qızını 2000 manat qarşılığında ərə verəcək və qumar borcunu qaytaracaqdı.
Bu əsərdə o dövrün Bakısına aid olan demək olar ki, hər bir şey var; müflisləşmiş bəy, İrandan gəlmiş həmşərilər, fırıldaqçı vəkillər, yalançı intelligentlər, pistonun arxasına sığınmış qoçular və s.
Filmdə mənalı səhnələrdən biri Rüstəm bəyin evində olan məclis və məslisin sonunda dava səhnəsi hamımızın diqqətini cəlb edir.
Rüstəm bəy, əslində, Məşədini evinə qonaq çağırmaqla demək istəyirdi ki, “ay camaat baxın, mən qızımı bu meymuna vermək istəmirəm, amma məcburam”. O, bilərəkdən məhz bu adamları evinə yığır ki, aləmə gedib səs salsınlar ki, Məşədi İbad Gülnazın tayı deyil.
Bu səhnədə çox maraqlı detallardan biri – hamının şərab içdiyi yerdə, Məşədi İbad qıraqda tək oturub çay içməyi idi. Bu, Məşədi İbadın dindar olması, əqidəsinə sadiq olması ilə bağlı ciddi detaldır. Məclis bitdikdə isə, Məşədi İbad əli murdarlanmasın deyə, köynəyinin qolunu əlinə dolayıb məclisdəkilərlə sağollaşır.
Qonaqlardan biri, "intelligent" Həsən – “Hüquq işləri” ilə məşğul idi, fırıldaqçılıqla yuxarı dairələrə məktub yazar, hərədən 5-10 manat pul qoparıb, özünü içkiyə verərdi. [Bir növ Həsən bəy “Kefli İsgəndər”in şərəfsiz forması idi. Hər ikisi Fransada təhsil alıb, ölkəsinə qayıtmışdı. Kefli İsgəndər xalqın avamlığına ağlayar, "intelligent" Həsən isə xalqın avamlığından istifadə edib cibini doldurardı]. Rüstəm bəyin evində keçirdiyi məclisdə də yerli-yersiz Platondan, Darvindən sitat çəkən "intelligent" Həsən Məşədiyə “Meymun” deyir. Bununla da məclisdə böyük dava başlayır.
Üzeyir bəy pyesi yazarkən, məclisdəki davanı yazmamışdı. Dava səhnəsi rejissor Hüseyn Seyidzadənin hadisələrin tempini artırmaq üçün istifadə etdiyi fənddir.
Elsen Telebe
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru