Şikarçidən ABŞ-yə xəbərdarlıq: Sarsıdıcı nəticələr doğuracaq

Bu gün, 00:08           
Şikarçidən ABŞ-yə xəbərdarlıq: Sarsıdıcı nəticələr doğuracaq
İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü briqada generalı Əbülfəzl Şikarçi ABŞ-ın İrana qarşı yeni bir hücumunun daha sarsıdıcı nəticələr doğuracağını bildirib.

AFN.az xəbər verir ki, "Fars" Xəbər Agentliyinin yaydığı məlumata görə, Şikarçi ABŞ-ı İrana qarşı mümkün hücumlarına qarşı xəbərdar edib.

Şikarçi ABŞ-ın İrana qarşı mümkün yeni hücumunun daha sarsıdıcı nəticələri olacağını qeyd edərək, hücumların gözlənilməz ssenarilərlə qarşılaşacağını və ABŞ-ın yenidən bir bataqlığa girəcəyini söyləyib.

Digər tərəfdən, İran rəhbəri Müctəba Xameneyinin baş müşaviri və ölkənin aparıcı siyasətçilərindən olan Əli Əkbər Vilayəti ABŞ Prezidenti Donald Trampın Tehrana yönəlmiş təhdid dolu bəyanatları ilə bağlı danışarkən "İsrailin ipi ilə quyuya düşməyin ağır bədəli var" deyib.

Vilayəti "Tel-Əvivin təhriki ilə şiddətlənən Trampın təhdidləri strateji bir tələyə düşməkdir" ifadələrini işlədib.

ABŞ-da İran mövzusunda bəzi hesablama səhvlərinin edildiyini iddia edən Vilayəti bunları qeyd edib:

"Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərinin üzə çıxması ilə birlikdə Əbu-Dabinin çarəsizliyi və qəzəbi, həmçinin Pentaqonun uydurma məlumatları Vaşinqtondakı hesablama böhranını nümayiş etdirir".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru