Türkiyədə silahlı insident: iki polis öldürüldü – FOTO

Bu gün, 00:09           
Türkiyədə silahlı insident: iki polis öldürüldü – FOTO
Türkiyənin Çorlu şəhərində baş verən silahlı insident zamanı iki polis əməkdaşı həlak olub.

TEREF xəbər verir ki, hadisə Tekirdağ vilayətinin Çorlu rayonunun Reşadiye məhəlləsində yerləşən iş mərkəzlərindən birində qeydə alınıb.

Silahlı dava barədə daxil olan məlumat əsasında əraziyə polis qüvvələri cəlb edilib.

Hadisə zamanı şübhəli şəxs mülki geyimdə olan polis əməkdaşlarına atəş açıb. Nəticədə polis əməkdaşları Erkan Tütüncüler və Emrah Koç ağır yaralanıblar. Yaralılar dərhal Çorlu Dövlət Xəstəxanasına çatdırılsalar da, həkimlərin bütün səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Polisin “təslim ol” çağırışına tabe olmayan silahlı şəxsə qarşı əməliyyat keçirilib və o, atışma zamanı zərərsizləşdirilib.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi həlak olan polis əməkdaşlarının Çorlu Rayon Polis İdarəsində xidmət etdiyini bildirib. (Qafqazinfo)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru