Şimali Koreya əsgərləri Cənubi Koreya ilə sərhədi keçiblər

16-08-2026, 12:08           
Şimali Koreya əsgərləri Cənubi Koreya ilə sərhədi keçiblər
Şimali Koreya hərbçiləri patrul xidməti zamanı qısa müddətə Cənubi Koreya ilə sərhədi keçiblər və xəbərdarlıq atəşindən sonra öz ərazilərinə qayıdıblar.

Moderator.az bildirir ki, bu barədə "Yonhap" agentliyi Cənuib Koreya Silahlı Qüvvələrinə istinadən xəbər verib.

İnsident bu həftə yarımadanın şərq hissəsində baş verib. Məlumata görə, 2026-cı ildə belə bir hal ilk dəfədir ki, qeydə alınıb.

Seul Şimali Koreya hərbçilərinin ərazidə patrul xidməti apararkən sərhəd xəttini keçdiyini ehtimal edib. Əsgərlər öz ərazilərinə qayıtdıqdan sonra Cənubi Koreya ordusu "qeyri-adi fəallıq" müşahidə etməyib.

Qeyd edək ki, 2025-ci ildə Seul Şimali Koreya hərbçilərinin hərbi demarkasiya xəttini 17 dəfə keçdiyi barədə məlumat vermişdi. 2023-cü ilin sonunda Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı düşmən dövlət adlandırıb, bundan sonra sərhədin möhkəmləndirilməsi işlərinə başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru