Stalinqradda döyüşən alman əsgəri əsir düşüb 1953-cü ildə vətənə qayıdıb. Onun gündəliyi daha sonra Qərbi Almaniyada dərc olunub.
Bu gün, 09:24
O yazır: "1 oktyabr 1942-ci il. Hücum batalyonumuz Volqaya çatdı. Daha dəqiq desək, Volqaya hələ təxminən 500 metr qalıb. Sabah o biri sahildə olacağıq və müharibə bitib." "3 oktyabr. Çox güclü atəş müqaviməti var, bu 500 metri keçə bilmirik. Hansısa taxıl elevatorunun kənarında dayanırıq." "6 oktyabr. Lənətə gəlmiş elevator. Yaxınlaşmaq mümkün deyil. İtkilərimiz 30%-i keçib." "10 oktyabr. Bu ruslar haradan gəlirlər? Elevator yoxa çıxıb, amma hər dəfə yaxınlaşanda yeraltından atəş püskürür." "15 oktyabr. Ura, elevatorun yanından keçdik. Batalyonumuzdan yalnız 100 nəfər qalıb." Və sonra: "Məlum oldu ki, elevatoru 18 rus müdafiə edib və biz 18 cəsəd tapdıq." Oleq Vyazovski