Qətərdə döyüş tapşırığı zamanı qəzaya uğrayan üç İran Su-24 pilotu əsir götürülüb. Ajans.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin İtkin Düşmüş Şəxslərin Axtarışı Komitəsinin rəhbəri Məhəmməd Bağırzadə bildirib.
"Mart ayında baş verən hücumlar zamanı Su-24 qırıcı təyyarələrinin vurulmasından sonra üç iranlı pilot Qətər qüvvələri tərəfindən əsir götürülüb. Cavad Salehi, Əbdülmacid Daştian və Omran Behruziyan altı aydır ki, Qətər ordusu tərəfindən əsirlikdə saxlanılır və Qətər hökuməti hələ də onlara ailələri və ya işlərini həll edən səlahiyyətli rəsmilərlə görüşmək və ya əlaqə saxlamaq üçün icazə verməyib" - o bildirib.