Azərbaycanda polis əməkdaşları qəzaya düşüb

20-04-2015, 11:54           
Azərbaycanın Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunun Qarabulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Turab Vaqif oğlu İsgəndərov idarə etdiyi “Toyota” markalı, 99 FL 066 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı qaz xəttinə çırpıb. Avtomobildə sürücüdən əlavə bir sərnişin də olub. Hadisə nəticədə xəsarət alan olmasa da, Qaxbaş və Ağçay kəndlərini təbii qazla təchiz edən 195 mm-lik qaz xətti sıradan çıxıb. İki kəndə təbii qazın verilməsində fasilə yaranıb.

Qax Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, qəza törədən sürücü Turab İsgəndərov və avtomobildə olan sərnişin Aygül Həsənova Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarıdır. Turab İsgəndərov istintaq bölməsində müstəntiq, Aygül Həsənova isə təhqiqatçı vəzifələrində işləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]