Ronaldodan “Real”a ağlasığmaz - Tələb

3-06-2018, 18:47           

“Real”ın futbolçusu Kriştiano Ronaldo Madriddə daha üç il qalmaq üçün ağır şərtlər irəli sürüb.

O, maaşının düz dörd dəfə artırılmasını tələb edib. Portuqaliyalı hücumçu hazırda qüvvədə olan və 2021-ci ildə başa çatacaq müqaviləyə əsasən, illik 21 milyon avro qazanır.

Ronaldo agenti Jorje Mendeşdən xahiş edib ki, “Real” prezidenti Florentino Pereslə görüşdə ona şərtlərini irəli sürsün. Portuqaliyalı hücumçu ilinə 80 milyon avro olmaqla 3 illik yeni müqavilənin bağlanmasını istəyir. Əgər müqavilə imzalansa, bu, “Kral klubuna” 240 milyon avroya başa gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının “Liverpul”a qarşı matçından sonra Ronaldo “Real”dan gedə biləcəyinə işarə vurub.

Məlumata görə, PSJ ona illik 45 milyon avroluq müqavilə təklif edib./Qol.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru