Eyfel qülləsinin pilləkəninin bir hissəsi hərracda satılıb

Bu gün, 16:38           
Eyfel qülləsinin pilləkəninin bir hissəsi hərracda satılıb
Eyfel qülləsinin 1889-cu ilə aid orijinal pilləkəninin bir hissəsi Fransanın "Artcurial Paris" hərrac evində 450 min avrodan çox məbləğə satılıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hündürlüyü 2.7 metr, çəkisi isə 1.4 ton olan tarixi fraqmentin yekun satış qiyməti əvvəlcədən müəyyən edilmiş 150 min avroluq ilkin qiymətləndirmə həddini üç dəfədən çox üstələyib. Qeyd olunur ki, bu sahədə mütləq rekord 2008-ci ildə qeydə alınıb - həmin vaxt pilləkənin başqa bir hissəsi 550 min avroya alıcı tapmışdı.

Satılan bu unikal seqment qüllənin ikinci mərtəbəsindən zirvəyə qalxmağa imkan verən qədim spiral pilləkənin bir hissəsidir. 1983-cü ildə qüllədə aparılan yenidənqurma işləri zamanı sözügedən konstruksiya sökülərək 24 hissəyə bölünüb və onların 20-si hərraclarda satılıb. İndiki hərraca çıxarılan fraqment də məhz 1983-cü ildə onu əldə etmiş fransız biznesmenin şəxsi kolleksiyasına məxsus olub.

Xatırladaq ki, Eyfel qülləsi dahi mühəndis Qustav Eyfel tərəfindən layihələndirilib və 1889-cu ildə Parisdə keçirilən Ümumdünya Sərgisi çərçivəsində inşa olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru