Dronlara qarşı yeni "Gelandewagen" yaradılacaq

Dünən, 17:38           
Dronlara qarşı yeni "Gelandewagen" yaradılacaq
"Mercedes" konserni dronları zərərsizləşdirmək üçün yeni döyüş "Gelandewagen"i yaradacaq.

"Deutsche Welle" xəbər verir ki, Almaniya avtokonserni bu barədə sazişi "Tytan Technologies" startapı ilə imzalamaq niyyətindədir.

Bu şirkət "Tytan" dronlarını istehsal edir. Uçuş məsafəsi 40 km-ə qədər olan bu dronlardan artıq Ukrayna və Almaniya orduları istifadə edir.

Qeyd edilir ki, Almaniya ordusu artıq "Gelandewagen" avtomobillərindən hərbi məqsədlərlə istifadə edir.

Gələcəkdə dronlarla təchiz olunmuş döyüş "Gelandewagen"lərindən bütöv qruplar şəklində istifadə edilməsi planlaşdırılır. Onların fəaliyyətini isə "Mercedes-Benz Sprinter" mikroavtobusunda yerləşən mini-qərargah koordinasiya edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru