ABŞ-nin Vaşinqton ştatı ərazisində hərbi təyyarə qəzaya uğrayıb. Söhbət təlim uçuşu həyata keçirən "F/A-18 Hornet" qırıcı təyyarəsindən gedir.
NBC telekanalı xəbər verir ki, qəzadan sonra ştatın meşəlik hissəsində yanğın başlayıb.
Pilot xilas olmağı bacarıb. O, yüngül xəsarətlər alıb. Hüquq-mühafizə orqanları hadisəni dərindən araşdırmaq niyyətindədirlər.
"Bəyanatda günorta vaxtı Kaliforniyadakı "Miramar" dəniz piyadaları korpusunun aviabazasında dislokasiya olunmuş "F/A-18 Hornet" təyyarələrindən birinin iştirakı ilə baş vermiş qəzadan bəhs edilir", - deyə məlumatda bildirilir.