Məşhur milyarder ərindən polisə şikayət etdi

Bu gün, 08:44           
Məşhur milyarder ərindən polisə şikayət etdi
Rusiyalı milyarder Rotenberqlər ailəsinin üzvü kimi tanınan Natalya Rotenberq Ermənistanda polisə müraciət edib.

Tribuna.az erməni mediasına istinadən xəbər verir ki, Natalya Rotenberq Daxili İşlər Nazirliyinin Arabkir polis şöbəsinə ərizə təqdim edərək son illərdə hazırkı həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını bildirib.

Məlumata görə, müraciətdə ailədaxili zorakılıqla bağlı iddialar yer alıb. Məsələ ilə bağlı şərh almaq istəyən jurnalistlər Ermənistan polisinin İctimaiyyətlə Əlaqələr İdarəsinə müraciət etsələr də, qurum məlumatı şərh etməkdən imtina edib və birbaşa Natalya Rotenberqə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, Natalya Rotenberqlə erməni iş adamı və siyasətçi Tiqran Arzakantsyanın evləndiyi 2020-ci ilin martında rəsmən məlum olub.
Natalya Rotenberq Rusiyanın tanınmış biznesmenlərindən biri olan Arkadi Rotenberqin keçmiş həyat yoldaşıdır. Arkadi Rotenberq Rusiya Prezidenti Vladimir Putinin ən yaxın çevrəsində yer alan iş adamlarından biri kimi tanınır və uzun illər iri dövlət layihələri ilə əlaqələndirilib.
Hazırda Natalya Rotenberqin müraciəti ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir. O özü isə hələlik məsələ ilə bağlı ictimai açıqlama verməyib.

Musavat












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru