Məşhur risk analitiki, yazıçı və statistik Nassim Taleb Ruben Vardanyanın həbsdə saxlanılmasına görə Azərbaycana gəlməkdən imtina etdiyini bildirib.

4-08-2026, 10:34           
Məşhur risk analitiki, yazıçı və statistik Nassim Taleb Ruben Vardanyanın həbsdə saxlanılmasına görə Azərbaycana gəlməkdən imtina etdiyini bildirib.
Məşhur risk analitiki, yazıçı və statistik Nassim Taleb Ruben Vardanyanın həbsdə saxlanılmasına görə Azərbaycana gəlməkdən imtina etdiyini bildirib.
“Azərbaycana mühazirə üçün getməyim xahiş edildi. İmtina etdim (Qərarıma təsir edəcəyini düşünərək, etik prinsiplərimi anlamadan təkliflərini xeyli artırdılar). Ruben Vardanyan orada həbsdə olduğu müddətdə Azərbaycan torpağına ayaq basmayacağam”, deyə Taleb X hesabında bildirib.
O daha sonra Birinci Xanım Mehriban Əliyevanın 2020-ci ildə ondan sitat gətirdiyini deyən bir postu paylaşaraq qeyd edib ki, “Müəyyən bir hökumətin işimi bəyənməsi məndə qarşılıqlı maraq yaratmır. Mən daşınmaz əmlak satıcısı deyiləm”.
Azərbaycanda onun bu paylaşımlarına reaksiya hələ ki yoxdur.
Taleb son illərdə Vardanyanın müdafiəsində açıq şəkildə çıxış edib. O, 2023-cü ilin dekabrında bir paylaşımında Vardanyanı “dost”u adlandırıb.
Separatçı, özünü ləğv etmiş “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri, rusiyalı milyarder Ruben Vardanyan bu ilin fevralında 20 illik həbs edilib. Vardanyan sülh və bəşəriyyətə qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda və digər ağır cinayətlərdə təqsirli bilinib. O, ittihamları qəbul etmir. Vardanyan 2023-cü ilin sentyabrında Laçında saxlanılıb.
Livan əsilli amerikalı Nassim Nicholas Taleb qeyri-müəyyənlik, risk və gözlənilməz hadisələrin təsiri barədə yazdığı The Black Swan, Antifragile və Skin in the Game kitabları ilə tanınır.
BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru