Sabirabad Ulacalı kənd uşaq bağçasının müdiri Sevinc Mikayılova işdən qovuldu
Bu gün, 00:09

Xəbər verdiyimiz kimi Sabirabad rayonunda şəhid atası Etibar Muradovla Ulacalı kənd uşaq bağçasının müdiri Sevinc Mikayılova arasında qalmaqal yaranıb.
Məsələ ilə bağlı şəhid atası aidiyyatı orqanlara müraciət edərək araşdırma aparılırdı.
Sevinc Mikayolova bağça işçilərinin maaşlarını kəsməkdə, uşaqlara ayrılan ərzaq paylarını mənimsəkdə, bəzi işçiləri isə öz evində xidmətçi kimi işləməyə məcbur etdiyi bildirilirdi. Şəhid atası Etibar Muradov qeyd edib ki, məsələ ilə bağlı prokurorluğa və Mil-Muğan Regional Təhsil İdarəsinə rəsmi şəkildə müraciət edib.
Məsələ ilə bağlı aidiyyatı qurumlar araşdırma apararaq Sabirabad rayonu Ulacalı kənd uşaq bağçasının müdiri Sevinc Mikayılovanı Əmək məcəlləsinin 70-Ç maddəsi ilə işdən çıxarılıb.
Belə ki, araşdırma nəticəsində iddialar öz təsdiqini tapıb və Sevinc Mikayılova Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işçinin əmək funksiyalarını və ya öhdəliklərini təqsirli hərəkətlərlə (hərəkətsizliklə) pozması (əmək funksiyasını yerinə yetirməməsi, qaydaları pozması,aşkarlanıb Bu, ağır maddə sayılır, işçi üçün ciddi risklər yaradır və adətən gələcək iş tapmaqda çətinliklərə yol açır. Həmçinin aidiyyatı orqanlar məsələ ilə bağlı hüquqi araşdırmasına zərürət yaradır.

