Məşhur aptek 4000 manat cərimələndi - 20 qəpiklik şikayət nələri üzə çıxardı?

Bu gün, 08:44           
Məşhur aptek 4000 manat cərimələndi -
“Buta” apteklər şəbəkəsi cərimələnib.

Buna vətəndaş şikayəti səbəb olub.

Belə ki, Biləsuvar rayon sakini İmanzadə Gündüz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi elektron poçt ünvanına şikayət ünvanlayaraq, şəhərin H.Əliyev küçəsində yerləşən “Buta” aptek tərəfindən “Zintox N20” adlı qida əlavəsinin ona qablaşdırmanın üzərində qiymətinin 25 manat 90 qəpik qeyd edilməsinə baxmayaraq, həmin məhsulun 26 manat 10 qəpiyə satıldığını bildirib və satış qəbzinin, habelə dərman əlavəsinin qablaşdırılmasının fotolarını dövlət qurumuna təqdim edib.

Araşdırma nəticəsində fakt təsdiqini tapıb. Nəticədə şirkətin işçisinin əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinin tərkibinin olması müəyyən edilib və buna görə də sonuncu barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunub.

Biləsuvar rayon məhkəməsinin qərarına əsasən, “Buta” apteklər şəbəkəsi 4000 manat cərimələnib. Xitab24.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru