“Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO

Bu gün, 17:21           
“Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO
Sərfəli mobil operator “Nar” gənclərin peşə bacarıqlarının inkişafına, əmək bazarına inteqrasiyasına və işlə təmin olunmasına dəstək verən “Təlim Məktəbi” layihəsini on ilə yaxındır ki, həyata keçirir. Bu illər ərzində layihə modelyer-dərzi, manikür ustası, aşpaz, şirniyyat ustası və motorçu kimi müxtəlif peşələri əhatə edib. Layihə çərçivəsində iştirakçılar müxtəlif peşələr üzrə bilik və praktiki bacarıqlar əldə edir, bu bacarıqları real iş mühitində tətbiq edərək əmək fəaliyyətinə başlamaq imkanı qazanırlar.

Layihənin iştirakçısı Fatimə Hüsiyeva modelyer-dərzi peşəsi üzrə təlim keçərək qazandığı bacarıqlar sayəsində Bakı Tekstil Fabrikində işə qəbul olunub və hazırda fəaliyyətini burada davam etdirir. “Nar” Fatimənin peşə təlimindən iş həyatına qədər keçdiyi yolu əks etdirən qısa videomüsahibə hazırlayıb. Müsahibədə Fatimə peşə seçimi, təlim müddətində qazandığı biliklər və hazırkı iş təcrübəsi haqqında danışır. Videomüsahibəni bu linkdən izləyə bilərsiniz.

Qeyd edək ki, “Nar”ın “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırıdğı layihə eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri təşkil etməklə, onların müxtəlif iş bacarıqlarına yiyələnməsinə töhfə verir. Layihə eyni zamanda sağlamlıq imkanları məhdud gənclərin əmək bazarına inteqrasiyasını dəstəkləyərək inklüziv iş mühitinin formalaşmasına diqqət çəkir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru