Dənizdə ailəvi istirahət faciə ilə nəticələndi - VİDEO

Bu gün, 00:11           
Dənizdə ailəvi istirahət faciə ilə nəticələndi - VİDEO
Dünən Astarada boğulma hadisəsi baş verib.

"Bakupost" xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhəri ərazisində, nəzarət olunmayan hissəsində qeydə alınıb.
Masallı rayonunun Kosagül kənd sakini, 36 yaşlı Elman Məmmədov qohumları ilə birlikdə çimmək üçün dənizə gəlib.
Sakinlərdən birinin sözlərinə görə, Elman Məmmədov qohumlarına dənizdən çıxmalarını deyib və onların ardınca gələcəyini bildirib. Lakin bir müddət sonra onun sudan çıxmadığı məlum olub.
"Bacım oğlu ilə bir yerdə gəliblər. O, dənizdə qalıb. Bacım oğluna deyib ki, siz çıxın, mən də gəlirəm. Ondan sonra axtarırıq, tapa bilmirik. Dənizdə qalıb, çıxa bilməyib. Ailəlidir, beş uşağı var", - deyə sakin bildirib.
Hadisə ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı rayon Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Hazırda Elman Məmmədovun axtarışları davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru