1578-ci ildə Səfəvilərə qarşı savaşa başlamadan öncə Sultan Muradın verdiyi fərman.

Bu gün, 10:34           
1578-ci ildə Səfəvilərə qarşı savaşa başlamadan öncə Sultan Muradın verdiyi fərman.
“.. Rəiyyətdən olan, Erməni tayfasının malına və canına zərər verməyin.”
Bu fərmanın son hissəsində qeyd edilib. Bütün fərman boyunca isə bundan öncə paylaşdığım fətvalarda olduğu kimi Türklər (qızılbaşlar) ağır təhqirlərə uğrayırlar. Tam mətn rəy bölümündə olacaq.
Fərmanda Azərbaycan (ölkə adı çəkilmir, ancaq savaşın getdiyi ölkə yalnız Azərbaycan olub) ölkəsinə “Diyari Dalaləteyn” yəni, “Azğınlar Ölkəsi”, “Dönüklər Ölkəsi” deyilir.
Bundan başqa müharibənin məqsədinin “Allahın düşməni”, “şər nişanəsi” olan bu adamların “Qılınc və Oxa” hədəf edilməsi olduğu və onların qadınlarının və uşaqlarının əsgərlərə məxsus ola biləcəyi qeyd edilir.
Və bu qeyd edildikdən sonra ölkədəki Sünnilərə Ermənilərə toxunulmaması tapşırılır.
Başqa paylaşımlarda Osmanlı ordusunun bu buyuruğa necə canla başla xidmət edib ölkənin sünni qarışıq Türk əhalisinə divan tutmasından, Qarabağ və İrəvanda Türksüzləşdirmə fəaliyyətindən, o bölgələrdə Ermənilərin say nisbətini artırmaqlarından da qeydlər edərəm.
Osmanlının tarixin əksər dövrlərində (20-ci yüzil daxil) zaman-zaman amansız anti-türk fəaliyyətlərini danışmaq bu gün Azərbaycan və Türkiyə türklərinin münasibətlərinə ləkə sala bilər deyə bu məsələlər çox vaxt görməzdən gəlinir. Bəzi adamlar gərək bunu fürsət bilməsinlər.
Tarixə bu cür baxmaq olduqca qüsurlu və cılız yanaşmadır. Məqsədim bizim tariximizə ləkə sürməyə çalışanlara öz tərzlərinə uyğun nümunə göstərməkdir.
Normal, elmi yanaşmada belə şeyləri 2 dəqiqədən bir qabardan adama barmaq göstərib gülərlər.
Jafar JafarLi













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru