Dəhşətə gətirən mənzərə: "Şəhərdəkiləri yığırlar, burada yandırırlar, qiyamətdir!" - VİDEO

12-08-2026, 15:18           
Dəhşətə gətirən mənzərə:
Lənkəran rayonunun Göyşaban kəndində yerləşən zibil poliqonunda tullantıların 24 saat ərzində yanması sakinlərin ciddi narazılığına səbəb olub.

Poliqondan qalxan tüstü və yayılan pis qoxu Göyşaban kəndi ilə yanaşı, Lənkəran şəhərinin və ətraf ərazilərin - Girdəni, Viravul və Ürgə kəndlərinin sakinlərinə də ciddi narahatlıq yaradır. Sakinlərin sözlərinə görə, tüstü səbəbindən nəfəs almaq çətinləşir, xüsusilə uşaqlar və səhhətində problemi olan insanlar əziyyət çəkirlər.


"Yandırırlar, onun tüstüsü boğur bizi. Nəfəs almaq olmur. Çox əziyyət çəkirik. Onu düzəltsəydilər, canımız qurtarardı", - sakinlərdən biri bildirib. Digər sakin isə problemin uzun illərdir davam etdiyini deyib:

"Gecə, gündüz, səhər boğuluruq. Özüm də xəstə adamam. İsti havada qapı-pəncərəni bağlayırıq. Bizdən soruşurlar ki, siz orada necə yaşayırsınız? Deyirik, məcburiyyət qarşısında qalırıq. 15 ildir buradayıq. Bizdən də əvvəl yanırdı. Bəlkə də, 20 ildir belədir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru