"Ferrum Kapital"dan şikayət var. Heç bir borcu olmayan vətəndaşı (özünün iddiasına görə) zəng edib narahat ediblər, üstəlik, zəng edən əməkdaş təhqir də edib. Mənə də zəng etmişdilər o günü, təhqir etməsələr də, hündür səslə sübut etməyə çalışırdı ki, mənim tanışlarımdan biri onlardan nəsə götürüb və mənim nömrəmi verib. Əməkdaşa başa salmaq istədim ki, əvvəla, nömrəm mənim razılığım olmadan qeyd edilib, ikincisi isə lap icazəm olsa da, onlardan kredit götürən vətəndaşın sirrini mənə deməməlidirlər, buna ixtiyarları yoxdur. Amma başa düşmədi, elə hündür səslə məndən tələb etdi ki, filankəsə deyin filan qədər borcu var, ödəsin. Buraxma sahədir bankçılıq, kimin kefi nə istəyir, onu da edir. Hebibe Abdulla TEREF