Daha 4 boksçumuz final yolunda...

27-06-2015, 11:37           
Daha 4 boksçumuz final yolunda...
Bu gün I Avropa Oyunlarında boks yarışlarına yekun vurulacaq.

AzVision.az-ın məlumatına görə, 5 çəki dərəcəsində final qarşılaşması keçiriləcək. Bununlada boks yarışlarına yekun vurulacaq. Bu çəkilərin 4-də Azərbaycan boksçuları qızıl medal üçün çalışacaqlar.

Boks
27 iyun

Kişilər
60 kq
Finala qədər bütün rəqiblərini 3:0 hesabı ilə üstələyən Albert Səlimov final görüşündə Sofian Oumina ilə döyüşəcək.

69 kq
Gənclər arasında qitə çempionu olan Pərviz Bağırov Avropa Oyunlarının qızıl medalına yiyələnmək üçün finalda rusiyalı Aleksandr Besputinə qalib gəlməyə çalışacaq.

75 kq
Bu çəkidə ölkəmizi təmsil edən Xaybula Musalovu finalda çətin sınaq gözləyir. İdmançımız gənclər arasında bir neçə mükafata nail olmuş irlandiyalı 22 yaşlı Maykl O Reylli ilə üz-üzə gələcək.
91 kq

İnamlı qələbələrlə finala qədər irəliləyən Abdulqadir Abdullayev Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanla döyüşəcək.

Qeyd edək ki, boks yığmamızın aktivində 3 qızıl, 3 bürünc medal var. Komandamızın üzvlərindən Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq) və Teymur Məmmədov (81) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) və Anna Əlimərdanova (54 kq) 3-cü yeri tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]