İsveçin kəşfiyyat təyyarəsi Peterburqa hücumu izləyə bilib
Bu gün, 17:48
İsveç Hərbi Hava Qüvvələrinə məxsus S102B Korpen elektron kəşfiyyat təyyarəsinin Ukraynanın Sankt-Peterburqa endirdiyi hava hücumundan sonra bölgədə müşahidə uçuşu həyata keçirdiyi bildirilir.
Bizimesr.com xəbər verir ki, "Military Chronicle" Telegram kanalının məlumatına görə, təyyarə hücumdan sonra Rusiya hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini və radarların iş rejimində baş verən dəyişiklikləri izləyib.
Məlumata əsasən, S102B Korpen təyyarəsinin avadanlığı radar siqnallarını qeydə alaraq onların tezliyi, müddəti və digər texniki xüsusiyyətləri barədə məlumat toplaya bilir. Nəşr iddia edir ki, bu fəaliyyət Rusiya hava hücumundan müdafiə qüvvələrinin qarşılıqlı fəaliyyət mexanizmlərinin öyrənilməsinə xidmət edir.