Səhər saatlarında Türkiyədə geniş ƏMƏLİYYAT: Tanınmış vəqf rəhbəri və arvadı saxlanıldılar - FOTO

Dünən, 10:58           
Səhər saatlarında Türkiyədə geniş ƏMƏLİYYAT:
Türkiyədə Adana Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları səhər saatlarında Furkan Vəqfində əməliyyat keçiriblər.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.

Məlumata görə, Furkan Vəqfinin təsisçisi Alparslan Kuytulun evinin qarşısına çox sayda polis qrupları cəlb edilib və evdə axtarış aparılıb.

Nəticədə Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul, eləcə də vəqfin çox sayda üzvü saxlanılıb.

Saxlanılanlar ciddi təhlükəsizlik tədbirləri altında sağlamlıq yoxlanışı üçün Adana Məhkəmə Tibbi Qurumuna, oradan da polis bölməsinə aparılıblar.

Qeyd edək ki, Furkan Vəqfi Alparslan Kuytulun rəhbərliyi ilə Adanada yaradılmış diniyönümlü təşkilatdır. Qurani-Kərimə uyğun təhsil vermək, nəsil yetişdirmək və İslam mədəniyyəti qurmaq iddiası ilə fəaliyyət göstərən vəqf idarəetmə forması və ritorikası səbəbindən tez-tez hüquqi proseslərlə üzləşib və ictimai müzakirələrə səbəb olub .















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru