DSMF-dən 2,8 milyon manatlıq "genişlik": Arxiv və filiala 11 min kvadratmetrdən böyük ofis kirayələnir
Dünən, 10:37
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə iri tender elan edib.
32gun.az xəbər verir ki, 24 ay müddətinə nəzərdə tutulan icarə xidmətinin ehtimal olunan qiyməti 2.847.600,00 AZN təşkil edir. DSMF rəhbərliyi tərəfindən irəli sürülən tələblərə əsasən, Bakının 3-cü və ya 6-cı zonasında yerləşəcək bina tam təmirli olmaqla, ümumi 11.300 m² sahəni və minimum 7.500 m²-lik xüsusi arxiv ərazisini əhatə etməlidir.