Qırmızı səma zəlzələdən xəbər verir? - Kolumbiyadakı zəlzələnin sirri

Dünən, 10:24           
Qırmızı səma zəlzələdən xəbər verir? -
Kolumbiyada 10 avqustda baş verən 7,4 bal gücündə zəlzələdən sonra səmanın qeyri-adi şəkildə qırmızı rəngə boyanması sosial şəbəkələrdə narahatlığa səbəb olub. Bəzi istifadəçilər bu görüntülərin yeni zəlzələdən xəbər verdiyini iddia etsə də, mütəxəssislər bununla bağlı elmi əsas olmadığını bildiriblər.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, xüsusilə Qaleras bölgəsi ətrafında səmanın qırmızı, bəzi vaxtlarda isə narıncı rəngə boyandığı müşahidə olunub. Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Qırmızı səma zəlzələdən xəbər verir?

Bəzi sosial media istifadəçiləri səmanın rənginin dəyişməsini yeni zəlzələ ehtimalı ilə əlaqələndiriblər. Bu iddialar 7,4 bal gücündə zəlzələnin təsirlərinin hələ də davam etdiyi ölkədə narahatlığı artırıb.

Mütəxəssislər isə qırmızı səmanın təkbaşına zəlzələ ilə əlaqələndirilə bilməyəcəyini açıqlayıblar.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, günəş doğarkən və batarkən Günəş şüaları atmosferdə daha uzun məsafə qət edir. Bu zaman mavi və bənövşəyi dalğa uzunluqları daha çox səpələnir, qırmızı və narıncı işıq isə insan gözünə daha intensiv çatır.

Atmosferdəki hissəciklər və buludların quruluşu da bu rənglərin daha qabarıq görünməsinə səbəb ola bilər.

Beləliklə, mütəxəssislər Kolumbiyada müşahidə olunan qırmızı səmanın 7,4 bal gücündə zəlzələnin nəticəsi olması ilə bağlı iddiaları təsdiqləməyiblər.

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 294-ə çatıb

Kolumbiyada avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələdən sonra ölənlərin xatirəsinə üç günlük milli matəm elan edilib.

Məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb. Yaralananların sayı 3 935, itkin düşənlərin sayı isə 320 nəfərdir.

Təbii fəlakət 15 əyalətdə 448 yaşayış məntəqəsinə təsir edib. Ümumilikdə 54 008 ailənin, yəni 115 461 nəfərin zəlzələdən zərər çəkdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru