“Ukraynaya uduzmaq rüsvayçılıq deyil” - Kremlə yaxın oliqarxdan gözlənilməz bəyanat
Bu gün, 17:08
2014-cü ildən bəri Ukraynadakı separatçıları maliyyələşdirən, “rus dünyası”nın ideoloqlarından və Ukraynaya qarşı işğalçılıq müharibəsinin qatı tərfdarlarından olan rus oliqarx Konstantin Malofeyev gözlənilməz bəyanatla çıxış edib.
“AzPolitika” xəbər verir ki, sosial mediada ciddi səs-küy yaradan bəyanatında Malofeyev Rusiyanın Ukraynaya uduzduğunu dolayısı ilə etiraf edib.
Bununla yanaşı, Kremlə yaxınlığı ilə tanınan Malofeyev iddia edib ki, müharibədə Ukraynaya uduzmaq Rusiya üçün "rüsvayçılıq deyil". Onun sözlərinə görə, ukraynalılar heç vaxt uduzmurlar və təslim olmurlar, onlar sona qədər mübarizə aparacaqlar, çünki “onlar da bizim kimi rusdurlar”.
"Ukraynaya uduzmaq rüsvayçılıq deyil, çünki ukraynalılar əslində bizim kimi ruslardır. Ruslar isə heç vaxt uduzmurlar və təslim olmurlar", - Malofeyev bəyan edib.
Xatırladaq ki, Malofeyevin iddiasının əksinə olaraq, ukraynalılar özlərini rus hesab etmirlər. Üstəlik, Rusiya imperiyası, oliqarxın dediyinin əksinə olaraq, tarixində dəfələrlə məğlub olub. Bunlara Krım müharibəsini, Yapon müharibəsini və s. aid etmək olar.