Gömrük 300 dollar limiti azaldacaq? - Şahin Bağırovdan açıqlama

Bu gün, 17:58           
Gömrük 300 dollar limiti azaldacaq? -
Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov xaricdən alış-veriş zamanı 300 dollar limitin artırılıb-artırılmaması məsələsinə aydınlıq gətirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsin müzakirə zaman komitə sədri bildirib ki, bu məsələ nəzərdə tutulmayıb.

O qeyd edib ki, bəzi ölkələrdə bu limit ya azaldılıb, ya da ləğv edilib, Azərbaycanda isə sosial məsələləri nəzərə alaraq saxlanılıb.

Ş.Bağırov ölkəmizdə təxminən 1 milyon 200 mindən çox insan elektron ticarətlə məşğul olur.

Onun sözlərinə görə, bəzi şəxslər xaricdən aldıqları məhsulları ya aylara bölür gətirir, ya da müxtəlif insanların adına gətirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru