Zemfira Quliyeva yeni vəzifəyə təyin olundu

Dünən, 18:42           
Zemfira Quliyeva yeni vəzifəyə təyin olundu
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kadr dəyişikliyi olub.

TEREF xəbər verir ki, bu barədə institutun rektoru, tibb elmləri doktoru, professor Nazim Pənahov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, tibb elmlər doktoru, professor Zemfira Quliyeva Terapiya fakultəsinin dekanı vəzifəsindən azad olunub.

Digər əmrlə o, Tibbi kadrların təlimi şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Əməkdar həkim olan Zemfira Quliyeva 2005-ci ildən Terapiya fakultəsinin dekanı vəzifəsində çalışırdı./yenisabah












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru