SƏS-KÜY YARADACAQ NAXÇIVAN FAKTI: ƏXLAQSIZLIQ YUVASINA DÖNƏN PİVƏXANA, SUSAN MƏMURLAR VƏ SAKİNLƏRƏ HƏDƏ-QORXU GƏLƏN SAHİBKAR! FOTO/VİDEO
Bu gün, 11:18

Redaksiyamıza
Haxçıvan şəhərindən (11-ci məhəllə, ev 15A) dəhşət doğuran, insanın qanını donduran növbəti şikayət daxil olub.
Yaşayış massivinin tən ortasında, dinc sakinlərin, körpə uşaqların gözü qarşısında Adil adlı birisinin işlətdiyi "Riva Pub" adlı "pivəxana" əslində gecələr əxlaqsızlıq yuvasına, təhqir və söyüş mənbəyinə çevrilib.
Ailələrin yaşadığı binanın düz yanında gecə yarıyadək qışqırıqlar, kişi-qadın davası, nalayiq ifadələr ərşə çəkilir.
Sakinlər doğma evlərində pəncərəni aça, balkona çıxa bilmirlər!Adil Zamanovla bu məsələ ilə bağlı əlaqə saxladıq və qeyd etdi ki, mənə zaman verilsin məsələni həll edəcəm.
Vətəndaşlar isə bildirir ki, Adil Zamanov dəfələrlə belə sözlər deyərək aldadıb sakinləri.Hətta Adil bəy mənədə dedi ki, "Gedin kimə deyirsiniz deyin mənim iş fəaliyyətim belədir kimi qane edir etsin etmir xoş getdi".
"Qeyri-yaşayış binasıdır" bəhanəsi: Bəs vətəndaşın rahatlıq hüququ harada qaldı?!
Sakinlər çarəsiz qalıb yeni təyin olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının qəbuluna gediblər. Amma nə görsələr yaxşıdır?
Başçının müavini sakinlərə deyir ki: "Ora qeyri-yaşayış obyektidir, sənədi var."
İcra rəsmilərinə açıq və kəskin sual edirik: Obyektin sənədinin olması kimsəyə hüquq verir ki, sakinlərin dinc həyatını cəhənnəmə çevirsin?!
Sizin öz ailəniz, sizin öz övladınız hər gün söyüş, təhqir və əxlaqsızlıq mənzərəsi eşitsəydi, elə rahatlıqla "sənədi var" deyib oturardınız?!
Vətəndaşlar iddia edir ki, Adil Qulammirzə oğlu Zamanov “anonim yazan Adil” kimi tanınan şəxs sakinlərin iddialarına görə 38 obyekt sahibi olmasına baxmayaraq məlum olmayan yollarla dövlətdən sosial yardım belə alır.
Sosial yardıma ehtiyacı olanların haqqına girən Adil Zamanov “mənə heç kim heç nə edə bilməz” deyib yaşayış yerlərinin arasında evi üçün tikdiyi mülkü “prokurorun” icazəsi ilə PUB a çevirdiyini deyir. Hansı prokurorun?
Bu özbaşınalığa hansı dövlət məmuru nəyin müqabilində icazə verib?
Qeyri yaşayış yeri icazəsi verilə bilər amma hansı təyinatla fəaliyyət göstərməsi və necə kvadrat metri qeyri yaşayış yeridi?
Tək Sakitliyi yox, təmizliyi də məhv edirlər!
Pivəxananın müştəriləri eyvanlara çıxıb qəlyan tüstülədir, işlənmiş salfetləri, zibilləri düz sakinlərin həyətinə tullayırlar.
İnsanlar hər gün öz həyətlərindən başqalarının çirkabını təmizləməkdən beziblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti isə bu rüsvayçılığa sadəcə tamaşa edir. Əmlak Məsələləri Dövlət Xidməti qeyri-yaşayış sənədi verərkən baxmayıb bura yaşayış sahəsidir?
Sakinlərin iddialarına görə, Ekologiya Nazirliyi qanunsuz kəsilən ağaclara görə baxış keçirəcəyini vəd etsə də, bu söz yalnız kağız üzərində qalıb — gələn yoxdur, maraqlanan yoxdur!
Məsələyə müəyyən dərəcədə reaksiya verən, sakinlərin harayına çatan yalnız Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşları olub. Lakin polis də obyektin sənədi qarşısında aciz qalır.
Adil adlı sahibkarın həddini aşan iddiaları və hədələri
Deyilənə görə, özbaşınalıq o həddə çatıb ki, obyekt sahibi Adil sakinləri açıq-aşkar şantaj edir. Sakinlərə deyir ki:
"Mənə 35 min manat verin, obyektin 3-cü mərtəbəsini tikim, edim ailəvi yer."
Ya da həyasızcasına əlavə edir: "Gedin pəncərələrinizi bağlayın, mənə mane olmayın!" Bu nə həddə çatmış qudurğanlıqdır?!
Sakin niyə sənin cibin dolsun deyə öz evində dustaq kimi pəncərəsini bağlayıb oturmalıdır?!
Bununla da bitmir! Adil sakinləri hədələməkdən də çəkinmir. O, açık-aşkar bəyan edir ki: "Mənə nə səlahiyyətli nümayəndə batan deyil, heç Bakıdan gəlsələr də mənə heç kim bata bilməz!
"Tək sakinlərə qarşı hörmətsizlik etmir bu şəxs eyni zamanda ölkə başçısının təyin etdiyi səlahiyyətli nümayəndənidə heçə sayır.
Adil bəyin bu özbaşınalıqının ardında hansı səbəblər və ya şəxslər dururki, bu movqedən çıxış edir.
Vətəndaşları aşağıdakı suallar maraqlandırır.
1.Həmin obyektlərin hər birinin dövlət reyestrində göstərilən təyinatı nədir?
2.Yaşayış məntəqəsinin daxilində PUB kimi fəaliyyət göstərən obyekt hansı hüquqi əsasla qeyri-yaşayış sahəsinə çevrilib?
3.“Prokurorun icazəsi” iddiası doğrudursa, söhbət hansı prokurorluq orqanından, hansı vəzifəli şəxsdən və hansı hüquqi sənəddən gedir?
Cənab Prezidentə və Respublika Prokurorluğuna MÜRACİƏT!
Naxçıvandakı bu yerli qurumların səhlənkarlığı, vətəndaşın şikayətinə göz yumması artıq dözülməz həddə çatıb.
Sakinlər birbaşa Cənab Prezidentə və Respublika Prokurorluğuna müraciət edərək bu qanunsuzluğun, özbaşınalığın və əxlaqsızlıq yuvasının dərhal bağlanmasını, sakinlərin pozulmuş hüquqlarının bərpa olunmasını və adından razı olan bu "toxunulmaz" sahibkar barəsində kəskin tədbir görülməsini xahiş edirlər!
Qeyd: Qarşı tərəfində mövqeyini dərc etmeyə hazırıq.
Sima Babayeva
0:00 / 0:21
0:06 / 0:18

