Balıq bazarında qıtlıq: Daha da bahalaşacaq? (VİDEO)

29-05-2026, 09:34           
Balıq bazarında qıtlıq: Daha da bahalaşacaq? (VİDEO)
Balıq bazarında qiymət artımı müşahidə olunur.

Satıcıların sözlərinə görə, əvvəlki aylarla müqayisədə həm çeşidlər azalıb, həm də bəzi balıq növləri bahalaşıb.

Onlar bildirirlər ki, ən münasib qiymətə satılan balıqlardan biri fareldir və onun kilosu 11-12 manat arasında dəyişir. Digər balıq növlərində isə qiymətlər daha yüksəkdir.

Baku TV-nin xəbərinə görə, alıcıların bir qismi qiymətlərin baha olduğunu desə də, bəziləri qiymətləri münasib hesab edir.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, daşınma və saxlanma xərclərinin yüksəlməsi, həmçinin balıq yetişdirilməsi sahəsində xərclərin artması qiymətlərə təsir göstərir.

Bundan əlavə, İranda baş verən proseslərin də bazara təsirsiz ötüşmədiyi vurğulanır. Bildirilir ki, İrandan idxal olunan məhsullarda yaranan fasilələr qiymətlərin daha da yüksəlməsinə səbəb olur.

İqtisadçı yaxın aylarda ət və balıq məhsullarında ucuzlaşma gözlənilmədiyini, əksinə, qiymət artımının davam edəcəyini bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru