Məşhur yay ləzzəti ilə bağlı həkimdən xəbərdarlıq: Qarpız kimlər üçün təhlükəli ola bilər?

Bu gün, 11:18           
Məşhur yay ləzzəti ilə bağlı həkimdən xəbərdarlıq:
Qarpızın həddindən artıq yeyilməsi böyrək və şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər üçün təhlükəli ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Olqa Yamilova "RİA Novosti"yə müsahibəsində danışıb.

Mütəxəssis qeyd edib ki, böyrək xəstəliyi olan və şişkinliyə meyilli insanlar üçün qarpız ehtiyatlı seçilməlidir. Güclü sidikqovucu təsirə malik olan bu bostan bitkisi ifrazat sisteminə ciddi yük yaradır. Bundan əlavə, böyrəklərdə daş olduqda, qarpızın qəbulu daşların hərəkətinə səbəb ola bilər.

Qarpız asan həzm olunan sadə şəkərlərin mənbəyidir. Yamilova vurğulayıb ki, bu təam yüksək qlisemik indeksə malik olduğu üçün qanda şəkərin kəskin artmasına gətirib çıxara bilər. Buna görə də şəkərli diabet xəstələri qidalanma zamanı xüsusilə diqqətli olmalıdırlar. Mütəxəssis bildirib ki, diabet xəstələri üçün gündəlik 150-200 qramlıq porsiya norması müəyyən edilsə də, qarpızı yalnız həkimlə məsləhətləşdikdən və qanda qlükoza səviyyəsinə nəzarət etməklə yemək lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru