DÇ-2026: ABŞ - Belçika oyununda beş qol vuruldu - VİDEO

Bu gün, 08:27           
DÇ-2026: ABŞ - Belçika oyununda beş qol vuruldu - VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/8 final mərhələsi çərçivəsində ABŞ - Belçika oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, beş qol vurulan oyunda avropalılar mundiala ev sahibliyi edən ABŞ-ni məğlub ediblər.

Sietl şəhərində keçirilən oyunun 9-cu dəqiqəsində Şarl de Katelare Belçika komandasını irəli çıxarıb - 0:1. 31-ci dəqiqədə Malik Tillman ABŞ-nin oyunda yeganə qolunu vurub. Katelare bundan iki dəqiqə sonra özünün və komandasının ikinci qoluna imza atıb. Ardınca Hans Benaken 57-ci, Romelu Lukaku isə 90+3-cü dəqiqədə fərqləniblər.

1:4 hesabı ilə qalib gələrək 1/4 finala adını yazdıran Belçika bu mərhələdə İspaniya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan öncə DÇ-2026-ya ev sahibliyi edən Kanada və Meksika da 1/8 finalda rəqiblərinə məğlub olaraq turniri tərk ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru