Bir meyid müharibənin gedişini belə dəyişdi və ya ingilislərin "Qiymə ət" əməliyyatı
Bu gün, 08:54

1943-cü ilin apreli. İspaniya sahillərində balıqçılar Britaniya zabitinin cəsədini tapırlar. Mayor Martin. Onun üzərində gizli sənədlər olan portfel olub: Müttəfiqlərin Yunanıstan və Sardiniyaya hücum planı.
1943-cü ildə vəziyyət belə idi: İspaniya neytraldır, lakin nasistlərə rəğbət bəsləyir. Sənədlər alman kəşfiyyatına ötürülür. Hər səhifəsini araşdırır və yoxlayırlar - hər şey həqiqi görünür. Hitler sənədlərə inanır. Əmr verir ki, qoşunlar Yunanıstana yerləşdirilsin, Sardiniyanın müdafiəsi gücləndirilsin.
10 iyul 1943-cü ildə müttəfiqlərin qoşunları Siciliyaya üz tutur. Müqavimət zəif olur, çünki almanlar hücumu başqa yerdə gözləyirdilər.
1996-cı ildə həqiqət açıqlanır: Məlum olur ki, həyatda heç vaxt mayor Martin adında şəxs mövcud olmayıb. Cəsəd evsiz
-eşiksiz, uelsli Qlendauer Maykla məxsus imiş. O, siçovul zəhərindən ölüb. Britaniya kəşfiyyatı cəsədi morqdan alıb. Cəsədə Kral Dəniz Piyadası mayorunun formasını geyindiriblər. Əhvalat belə uydurulub ki, 36 yaşlı Uilyam Martin heyətdə xidmət edir. Məktublar yazıb çantaya atıblar, guya nişanlısından alıb. Teatr biletləri, əskinaslar və sevgilisinin şəkli. Guya həm nişanlı imiş, həm də kənarda sevgilisi varmış. Foto MI-5-ə işləyən aktrisasının imiş.
Sənədləri olan portfeli biləyinə zəncirləyiblər. Cəsədi xüsusi soyuducuya qoyublar ki, donsun. Bir müddət sonra onu sualtı qayıqla İspaniya sahillərinə aparıblar. Dənizə elə tərəfdən atıblar ki, məhz filan sahilə çıxsın. Çünki hər sahildə nə adam olarmış, nə mühafizə əməkdaşı. Kəşfiyyata lazım imiş ki, cəsəd tez tapılsın.
Almanlar hər detalı yoxlayıblar. Hər şey uyğun gəlib. Təyyarə qəzaya uğrayıb, mayor sahilə düşüb.
Əməliyyatın adı belə olib: "Qiymə ət".
İdeya Ceyms Bond filmlərinin gələcək müəllifi Yan Fleminqdən gəlib. Əməliyyatda patoloqlar, geyim dizaynerləri və yazıçılar iştirak edib.
Beləliklə, Uelsli səfil Maykl İspaniyada mayor Martin adı ilə dəfn olunub. Məzarına belə yazılıb: "Uilyam Martin. Sevimli oğul". Yalnız 1998-ci ildə onun əsl adı əlavə edilib.
Evsiz adam zəhərdən yoxsulluq içində ölüb. Cəsədi alınıb, müharibə qəhrəmanına çevrilib. Ona tərcümeyi-hal, nişanlı, ölümdən sonrakı həyat verilib. Onun sayəsində Siciliyadakı desant əməliyyatı zamanı minlərlə insanın həyatı xilas edilib. Səfil Maykl müharibənin gedişatını dəyişib.
Amma o, bunu bilmirdi. Sağ olsaydı, razılaşmazdı. O, sadəcə istifadə edilib.
Heç vaxt əsgər olmayan müharibə qəhrəmanı. Hitleri aldadan və mövcud olmayan mayor. Casusluq etməyən bir casus. O, sadəcə səhv vaxtda ölüb. Ya da doğru vaxtda. Kim bilir...
Azer Qismet
TEREF

