1736-cı ildə Muğanda keçirilən şah qurultayı zamanı Gəncə xanı – Ziyadoğlular Nadirin şah seçilməsinin əleyhinə çıxdı. Bu üzdən Nadir də şah seçiləndən sonra Gəncə və Qarabağ xanlarını İranın şərq hissəsinə sürgün etdirir.Həmin vaxt Borçalı Gəncə xanlığının tərkibində idi. O dövrdə Gürcüstan adlı dövlət yox idi – Kaxetiya-Kolxida vardı, onlar da Əfşarlar İmperiyasının tərkibində idi, həm də Azərbaycan bəylərbəyiliyi ərazisində. Yəni həm Kaxetiya, həm Dağıstan, həm də indiki Ermənistan ərazisi Azərbaycan bəylərbəyiliyinə daxil idi. Nadir şah inzibati ərazini gürcülərə yox, gürcü xanlığına verib. Gürcü xanı isə Zöhrab xan idi. Zöhrab xan da türk idi. Başqa sözlə desək Nadir Sabunçunun ərazisini alıb verib Suraxanı rayonuna. "Borçalını Nadir Şah verib" fikri Nadir Şah kimi güclü sərkərdə və dövlət başçısını, imperatoru gözdən salmaq üçün uydurulmuş məkrli tezisdir. Cahangir Hüseyn Əfşar(yazıçı)