Bəzən bəzi vidalar sadəcə bir futbolçunun turnirlə sağollaşması olmur...
Bu gün, 15:06
Onlar bütöv bir nəslin xatirələri ilə vidalaşması olur. Bu gün Kriştiano Ronaldo Dünya Çempionatı səhnəsinə son dəfə çıxdı. Bir vaxtlar onu ilk dəfə izləyən uşaqlar böyüdü, amma Ronaldo dəyişmədi. Hər qolu, hər sevinci, hər mübarizəsi ilə milyonlarla insanın yaddaşında iz buraxdı. Dünya Çempionatı kubokunu qazana bilmədi. Amma futbol tarixində qazandığı yer heç bir kubokla ölçülmür. Portuqaliya millisinin tarixində ən çox qol vuran futbolçu... Milli komandalar tarixinin ən məhsuldar bombardiri... Dünya futbolunun ən böyük simalarından biri... 41 yaşında belə dünyanın ən böyük səhnəsində mübarizə aparmaq hər kəsə nəsib olmur. Bu gün sadəcə bir Dünya Çempionatı karyerası başa çatdı. Əsl vida isə bir gün futbolu tamamilə tərk edəndə olacaq. O gün milyonlarla insan üçün futbol əvvəlki kimi olmayacaq. Hər şey üçün təşəkkürlər, Kriştiano Ronaldo. Bir dövrün siması, milyonların ilham mənbəyi... APA Sport