Azərbaycanda bəzi məhsulların geri qaytarılması qadağandır - Qanun nə deyir? - VİDEO
Bu gün, 15:37

Azərbaycan qanunvericiliyinə əsasən, aldığınız qeyri-qida məhsulunu 14 gün ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququnuz var.
Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu geri qaytarılmasına icazə verilməyən məhsullarla bağlıdır.
Hansı məhsulların geri qaytarılmasına yol verilmir?
Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahıya əsasən, aşağıdakı malların geri qaytarılmasına yol verilmir:
- Qızıl və qızıl məmulatları;
- Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar;
- İstehsal qüsurları istisna olmaqla, bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, təsmalar, haşiyələr);
- Parfümeriya və kosmetika malları;
- Kişi, qadın və uşaq çimərlik paltarları;
- Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
- Məişət kimyası malları;
- Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.);
- Uşaq oyuncaqları;
- İstehsal qüsurları istisna olmaqla, istifadə edilmiş, üzərində yarlığı olmayan kişi, qadın və uşaq corabları, alt paltarları;
- Qida üçün plastikdən hazırlanmış məmulatlar;
- Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) qida məhsulları.