Jirinovski velosiped oyunundan da çıxdı - VİDEO

20-05-2016, 22:13           
Jirinovski velosiped oyunundan da çıxdı - VİDEO
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dövlət Dumasına velosipedlə gedib.

Axar.az xəbər verir ki, Jirinovski bu addımı Moskva və digər şəhərlərdə keçirilən “İşə velosipedlə getmək” aksiyası çərçivəsində atıb.

Yağış yağsa da, Jirinovski velosipedlə işə getməkdən imtina etməyib. Ona partiyanın digər üzvləri də qoşulub.

Aksiyanın məqsədi isə velosipedin şəxsi avtomobilə alternativ olduğunu sübut etmək, eyni zamanda fiziki sağlamlığı gücləndirməkdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru