Poroşenko Savçenkoya “Ukrayna Qəhrəmanı” adı verdi

26-05-2016, 00:37           

Ukrayna prezidenti Pyotr Poroşenko çoxdan Rusiyada həbsdə saxlanılan və bu gün vətənə dönən Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkoya “Ukrayna Qəhrəmanı” vəsiqəsini və “Qızıl Ulduz” ordenini təqdim edib.

Xatırladaq ki, Ukrayna prezidenti bu barədə hələ martın əvvəlində fərman vermişdi. Poroşenko o vaxt bildirmişdi ki, N.Savçenko Ukrayna ruhunun sınmazlığının, Ukraynanı necə sevməyin və müdafiə etməyin, eləcə də qələbənin simvoludur. “Biz sizi əsirlikdən xilas etmək üçün hər şeyi edəcəyik. Mən çox ümid edirəm ki, sizə “Ukrayna Qəhrəmanı”nın qızıl ulduzunu təqdim edə biləcəyəm”, – deyə o, müraciətində vurğulamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru