Obamadan Əsədə qarşı hərbi zərbələr endirməktələb olunur

17-06-2016, 12:28           

ABŞ Dövlət Departamentinin bir qrup əməkdaşı Vaşinqtonu Suriya prezidenti Bəşər Əsədlə müharibəyə çağıran idarədaxili sənəd imzalayıb.

Bu barədə “The Wall Street Journal” xəbər yayıb. Sənədə ABŞ Dövlət Departamentində Suriya məsələsi ilə məşğul olan 51 orta və yüksək vəzifəli məmur imza atıb. Müraciətdə atəşkəs haqqında razılaşmasının pozulması ilə əlaqədar Suriya rejiminin mövqelərinə təcili hərbi zərbələrin endirilməsinə çağırış edilir.

Müraciətdə Suriya məsələsində prezident Obamanın siyasəti, o cümlədən münaqişə tərəflərindən hər hansı birinə dəstəkdən imtina edilməsi tənqid olunur. Sənədin müəllifləri Vaşinqtonu mötədil müxalifətlə əlaqələri möhkəmləndirməyə çağırırlar.


ABŞ Dövlət Departamentindən sənədin mövcudluğunu təsdiq etsələr də, ölkənin birinci simaları onunla tanış olmayınca sənədin mahiyyəti barədə açıqlama verməkdən imtina ediblər(apa).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru