Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR

Bu gün, 00:04           
 Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... -
"Bu gün Azərbaycan türmələri sanki islah ünvanı toy, bir qrup işbazların qazanc yerini xatırladır. Başda Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov olmaqla bütün cəzaçəkmə müəssisələrinin rəisləri bazarkoma çevrilib". Bu sözlər "DİA-AZ"a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra deyilir: "Məqsəd birdir: onsuz da çətin durumda olan məhbus ailələrinin hesabına sərvət toplamaq...

Bu gün cəzaçəkmə müəssisələrində Mirsaleh Seyidovun korrupsiya və rüşvət maşını var gücü ilə işləyir. Maləsəf ədliyyə nazirliyinin rəhbərliyi bütün bunlara göz yumur. Amma hara qədər?.. nə zamana qədər?..

Nəhayət məzlumun ahı yuxarılarda eşidilən gün yetişər...

Mirsaleh Seyidovun bazarında hər şey satılır.

Cəzaçəkmə Müəssisələrinin və istintaq təcridxanalarında tibbi təminat yox dərəcəsindədir.

Müayinə yoxdur, dərmanlar pulla satılır.

Korrupsiya bu sahəni birmənalı olaraq “yeyib”.

Mirsaleh Seyidovun bu strukturdan kənarlaşdırılması artıq şərtə çevrilib. Yoxsa etirazlar ədliyyə sistemində ciddi böhranlara gətirib çıxara bilər. Bunu artıq yuxarılar düşünsün.

Mirsaleh Seyidovun trolları isə iş başındadır. Nəsə tənqidi məqalə görən kimi altından dərhal kütləvi saxta rəy axını təşkil edirlər. Ay Mirsaleh müəllim belə yaxşı adamdır, ay kiməsə belə əl tutub və s. Ən çox dedikləri odur ki, Mirsaleh Seyidov penitensiar xidmətə rəhbər gələndən sonra dustaqlara AĞ ÇÖRƏK verirlər... Budurmu nailiyyət? Zatən qara çörək bu gün satışda daha bahadır.

Sonrakı arqumentləri odur ki, dustaqlara zəngləri pulsuz edib. Vəssalam. Qalan BAZAR QAYDALARI tam qüvvəsində qalır... Dustaqlara da zəng ona görə pulsuzdur ki, yaxınlarına zəng edib "MƏNƏ PUL GƏTİR" deyə bilsin... Bu da daha çox PENİTENSİAR QANİÇƏNLƏRİNİN marağındadır..."

DAVAMI VAR...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru