İran ABŞ-ı hədələdi: Cavab sərt olacaq!

Bu gün, 09:14           
İran ABŞ-ı hədələdi: Cavab sərt olacaq!
ABŞ regiondakı öz proksi qüvvələrinin hərəkətlərini dəstəkləməklə anlaşma memorandumunun birinci maddəsini, Hörmüz boğazında gərginlik yaratmağa davam etməklə isə beşinci maddəsini pozub.

Tribuna.az xəbər verir ki, bu barədə İranın ali liderinin hərbi müşaviri Möhsün Rzayi X səhifəsində yazıb.

“Anlaşma memorandumunun istənilən maddəsinin pozulmasına cavab sürətli və qətiyyətli olacaq”, – M.Rzayi əlavə edib.

Qeyd edək ki, gecə saatlarında ABŞ və İran bir-birilərinə qarşılıqlı zərbələr endirib. Bir müddət əvvəl isə Tehranda partlayışlar olması ilə bağlı məlumat yayılsa da, rəsmi açıqlama verilməyib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru